RU

"Uşaq meyvə istəyir, ala bilmirəm", bazarda balıq təmizləyən qadın

"Necə yaşayırsan? Bizə danış!"ın budəfəki qəhrəmanı bazarda balıq təmziləyən Nazilə Nurullayevadır. O BBC-yə deyir ki, "qazandığı gündəlik pulla dolanmaq çətindir".

"Fəhləlik edirəm, çörək qazanıram, balıq təmizləyirəm. 16 yaşlı uşaq oxutdururam. Atası yoxdur, anası da baxmır. Mən baxıram. Məcburam ki, bir parça çörəkdən ötrü çöllərə düşüm. Onun maşın pulu olmalıdır, evdə, məktəbdə çörək yeməlidir.

Günə 15 manat pul alıram. Ona, misal üçün, bu gün qənd alıram, sabah şəkər tozu alıram, birisi gün çay alıram, çörək alıram. Yolpulu 2, 20 manat edir, qazandığım ona çatmır. Özünüz fikirləşin də. Nə deyim vallah", - Nazilə Nurullayeva bildirir.

O, nəvəsinin istəklərini yerinə yetirə bilməməkdən şikayətlənir.

"Evə gəlib, deyir, nənə, mənə corab al. Mənə pul ver. Hardan gətirim verim? Misal üçün uşaq məndən meyvə istəyir, ala bilmirəm. 1 manatlıq konfet alıram, deyir, nənə, o pula şokolad al da. Birini alıram, birini ala bilmirəm. Misal üçün, yuyucu tozuna pulum çatmır. Vallah, özüm də bilmirəm necə edim. Heç nəyə pulum çatmır. Nə deyim, nə danışım?" - deyə qadın gileylənir.

Nazilə Nurullayevə bildirir ki, oğlu xəstə olduğu üçün işsizdir, ona görə də o, öz təqaüdünü oğluna verir.

"Nə edim? Özüm ac qalıram ki, əsas oğlum yaşasın. Valideyn həmişə övladı üçün yaşayır. Bunu bilin", - o əlavə edir.

Videoya YouTube kanalımızda baxın.

Избранный
55
bbc.com

1Источники