2 il ərzində musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan bütün müəllimlərin bilik və bacarıqlarının ölçülməsi yekunlaşacaq.
APA xəbər verir ki, Mədəniyyət Nazirliyinin müşaviri Cəsarət Valehov Muzey Mərkəzində musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı brifinqdə deyib.
O bildirib ki, fevral ayında Bakı şəhərində prosesə start veriləcək:
"Müəllimlərimizin bilik və bacarıqlarının ölçülməsinə çox ciddi ehtiyac var. 2025-2026-cı illərdə müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi yekunlaşacaq. Növbəti il üzrə Mədəniyyət Nazirliyinə aid sahələrdə müəyyən yoxlama prosesi olacaq".