RU

Bu xidmətlər üzrə ƏDV-nin 50 faizi geri qaytarılacaq - Deputat AÇIQLADI

“Vergi Məcəlləsinə” təklif edilən və yeni ildən qüvvəyə minməsi gözlənilən dəyişikliklərə əsasən, mədəniyyət sektoruna böyük vergi güzəştləri tətbiq olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır.

"Eyni zamanda bu mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.

Dəyişikliklərə əsasən, gələn aydan etibarən mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma veriləcək. Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırılır.

Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə qaldırılır. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilir".

V.Bayramov qeyd edib ki, ən vacib məqamlardan biri də bu sektorda da gələn ildən ƏDV-nin geri qaytarılmasının tətbiq edilməsidir.

"Belə ki, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi (“ƏDVcashback”) geri qaytarılacaq. Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek tətbiq olunacaq", - deyə iqtisadçı deputat bildirib.

T.İSMAYIL

Избранный
13
21
redaktor.az

10Источники