RU

Bakı konfransı İrəvanı təşvişə salıb- ÖZƏL

"Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilən II beynəlxalq konfrans gözlənildiyi kimi  İrəvandakıları təşvişə salıb.  Orada hakimiyyətə yaxın kütləvi informasiya vasitələri və teleqram kanalları bu konfransının önəmini azaltmağa çalışsalar da, digərləri prosesin nəyə doğru getdiyini tam da olmasa analdıqlarını göstərirlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Əslində birincilər də bunun yaxşı fərqindədirlər, elə məhz ona görə də 51 ölkədən gəlmiş  100-dən çox əcnəbi millət vəkilinin, icitmai xadim və ekspertin qatıldığı beynəlxalq tədbirin əhəmiyyətini azaltmaq siyasəti yeridirlər bu da dəvəquşunun başını quma soxmağına bənzəyir. Amma cənab İlham Əliyevin  konfrans iştirakçılarına müraciətində də qeyd olunduğu kimi Ermənistan cəmiyyətində xalqımıza qarşı  elə dərin nifrət hissi kök salıb ki, orada heç bir siyasi qüvvə  Qərbi Azərbaycan kökənlilərin öz yurd yerlərinə dönmələrini istəmir. 
 Qoy istəməsinlər, ancaq Ermənistandakıların nə düşünmələrindən asılı olmayaraq "Böyük qayıdış"ın qarşısıalınmaz bir proses olduğu, ona başlanıldığı,  bunun  sadəcə soydaşlarımızın Qarabağ və Şərqi Zəngəzura dönmələri ilə bitməyəcəyi hər kəsə ayıdındır.
Konfransın yekun sənədində əksini tapan tələblərdən də göründüyü kimi  Qərbi Azərbaycanda soydaşlarımıza dəyən maddi və mənəvi zərərə görə  kompensasiya ödənilsə belə, bu onların  "ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
olaylar.az

1Источники