Bakı. Trend:
Şəki şəhərində yerləşən mağazaların birindən oğurluq edilib.Polisə müraciət edən zərərçəkən obyektdə olan pulun və tütünməmulatlarının naməlum şəxslər tərəfindən talandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə,şəhər-rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləritədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəməhkum olunmuş 26 yaşlı Vüqar Əsgərov və 19 yaşlı Elvin Məmmədovsaxlanılıb. Onlar mağazanın şüşəsini qıraraq içəriyə daxilolduqlarını və ələ keçirdiklərini aralarında böldüklərinibildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həriki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalardavam etdirilir.