RU

Qlobal ticarətdə və nəqliyyat daşımalarında Azərbaycan dünyanın əsas mərkəzlərindən birinə çevrilir

Bakı. Trend:

Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsiistiqamətində yürüdülən siyasət öz yüksək nəticələrini verməkdə,ölkəmizin dünya üçün əhəmiyyətini böyük ölçüdə artırmaqdadır. Bütünbunlar Azərbaycana çoxsaylı dividendlər qazandırmaqda, ölkənintərəqqi templərinin intensivliyini də sürətlə yüksəltməkdədir. İlknövbədə o baxımdan ki, ölkənin beynəlxalq nəqliyyat mərkəzinəçevrilməsi iqtisadi artım, regional təsir və qlobal əlaqə üçünAzərbaycanın potensialını daha da artırır.

Hazırda ölkəmiz qlobal ticarət və logistikada əsas oyunçulardanbiri statusunu daşıyır. Lakin Azərbaycan əldə olunan nailiyyətlərləkifayətlənmir, yeni uğurlara zəmin yaradan genişmiqyaslıfəaliyyətini davam etdirir. Bu, Azərbaycanın tranzit imkanlarındanindi daha çox yararlanmağa çalışan ölkələr tərəfindən də xüsusiolaraq vurğulanır. Məsələn, Rusiya Federasiyasının Ticarət vəSənaye Palatasının ölkəmizdəki nümayəndəsi Mariya Suvorovskaya qeydedir ki, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçünböyük potensialı var: “Azərbaycan beynəlxalq nəqliyyat qovşağınaçevrilmək üçün böyük potensiala malikdir. Güclü infrastrukturu vənəqliyyat şəbəkələrinin inkişafına sərmayələr sayəsində ölkə özününstrateji üstünlüyünü möhkəmləndirir və qlobal iqtisadi xəritədəmühüm qovşağa çevrilir”. TRACECA Hökumətlərarası KomissiyasınınDaimi Katibliyinin Baş katibi Asset Assavbayev isə bildirir ki,Azərbaycan Avropa və Asiya arasında dayanıqlı yükdaşımaların təminedilməsində mühüm rol oynayır: “Həmçinin nəqliyyatinfrastrukturunda yaşıl həllər tətbiq etməklə dekorbanizasiyaistiqamətində vacib addımlar atır”.

Beynəlxalq nəqliyyat mərkəzinə çevrilməyin ən mühümüstünlüklərindən biri onun iqtisadi inkişafa verdiyi təkandır.Hava, dəniz limanları, dəmir və avtomobil yolları kimiinfrastrukturun inkişafı iş yerlərinin artımına səbəb olmaqlayanaşı, investisiyaları stimullaşdırır. Bunu dünya təcrübəsi dətəsdiq edir. Misal üçün, Sinqapur və Birləşmiş Ərəb Əmirliklərikimi ölkələr dünya səviyyəli nəqliyyat şəbəkələri yaratmaqlaiqtisadi güc mərkəzlərinə çevrilməyi bacarıblar. İndi bu yanaşmaAzərbaycanda da uğurla tətbiq olunur. Ölkəmizin üzərindən mal vəməhsul axının artması müxtəlif korporasiyaların və logistikaşirkətlərinin Azərbaycana diqqətini artırır, iqtisadiyyatda artımışərtləndirən əsas faktorlardan birinə çevrilir. Bundan əlavə, artanticarət büdcə gəlirlərini çoxaldır və hökumətlərə infrastruktura,ictimai xidmətlərə daha çox sərmayə qoymasına imkan yaradır.

Beynəlxalq nəqliyyat qovşağı qlobal təchizat zəncirlərindəkritik halqa rolunu oynayır. Effektiv, etibarlı tranzit variantlarıtəklif etməklə Azərbaycan regional və qlobal ticarət üçünəvəzolunmaz rolun ifaçısına çevrilir. Bu hal təkcə ölkəmizin özünəfayda gətirmir, həm də ümumən regionda iqtisadi artıma təkan verir.Azərbaycanın yaratdığı tranzit imkanlarından qonşu Gürcüstanın əldəetdiyi dividendlər bunun real təzahürdür. Elə sözügedən kontekstdəbelə hesab olunur ki, Ermənistan da artıq regionda digəristiqamətlərdə kommunikasiyaların bərpası, o cümlədən Zəngəzurdəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərinicrasını tezləşdirməlidir. Bundan bütün Cənubi Qafqaz yararlanacaq,regionda inkişaf dinamikası əhəmiyyətli dərəcədə yüksələcək.

Burada nəzərə alınması vacib nüanslardan biri də odur ki,nəqliyyat qovşaqları turizm və mədəni mübadilənin dəgücləndirilməsinə mühüm töhfələr verir. Beynəlxalq əhəmiyyətlinəqliyyat qovşağının yaradılması istiqamətində ölkəmizdə görülənişlər Azərbaycanda qabaqcıl texnologiya və müasir infrastrukturungeniş tətbiqinə münbit şərait yaradır. O da birmənalı həqiqətdirki, nəqliyyat mərkəzinə çevrilmək Azərbaycanın geosiyasi,geoiqtisadi çəkisini yüksəldir. Bu da öz növbəsində ölkəninregional və qlobal məsələlərdə təsirini artırır.

Proqnozlar göstərir ki, Avrasiyada baş verən geosiyasi proseslərfonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda yaranmışproblemlər Azərbaycan ərazisindən keçən dəhlizlər üzrə tranzityükdaşımaların həcmində bundan sonra da davamlı artıma səbəbolacaq. Ötən dövr ərzində də mütəmadi artım qeydə alınıb. DövlətStatistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-sentyabraylarında Azərbaycanda nəqliyyat dəhlizlərində daşınmış yüklərinhəcmi 24 milyon 620,1 min ton, yük dövriyyəsi isə 9 milyon 905,5milyon ton-km təşkil edib. Bunlar, ötən ilin eyni dövrü iləmüqayisədə çoxdur. Komitə onu da bildirir ki, bu ilin ilk 9 ayıərzində Şərq-Qərb nəqliyyat dəhlizi ilə 12 milyon 765,3 min ton,Şimal-Cənub nəqliyyat dəhlizi ilə 7 milyon 22,9 min ton, Şimal-Qərbnəqliyyat dəhlizi ilə 4 milyon 552,6 min ton, Cənub-Qərb nəqliyyatdəhlizi ilə 279,3 min ton yük daşınıb. Nəqliyyat dəhlizlərivasitəsilə daşınmış yüklərin 57,9 faizini və yaxud 14 milyon 247,1min tonunu məhz tranzit yüklər təşkil edib. Qarşıdakı dövr ərzindəbu göstəricilərin daha yüksək rəqəmlərlə ifadə ediləcəyiproqnozlaşdırılır. Bu da o deməkdir ki, qlobal tədarük zəncirindəAzərbaycan mövqeyinin güclənməsi davam edəcək.

Qeyd edilənlərlə bağlı olaraq, ölkədə mövcud nəqliyyatinfrastrukturunun yükötürmə qabiliyyətinin artırılması, tranzitəməliyyatlarında dövlət sərhədindən buraxılış məntəqələrindəsürətli keçidin təmin edilməsi istiqamətində müvafiq addımlaratılır. Həmçinin, tranzit yüklərin daşınması sahəsində fəaliyyətgöstərən dövlət orqanları ilə operator və daşıyıcılar arasındaəlaqələndirmə daha təkmil hala gətirilir. Nəqliyyat sistemininqlobal trendlərə uyğunlaşdırılması ilə Azərbaycan beynəlxalqyükdaşımaların aktiv iştirakçısı statusunu bundan sonra dagücləndirməyə davam edəcək.

MTM Analitik Qrup

Избранный
35
7
az.trend.az

8Источники