Qazaxıstan millisinin sabiq voleybolçusu Kristina Karapetyan Bakıya gəlib.
İdman.biz xəbər verir ki, əsasən açıq-saçıq fotosessiyaları ilə tanınan 32 yaşlı idman veteranı Dənizkənarı Milli Parkdan paylaşımı ilə diqqət çəkib.
O, tədbirlərdən birinə dəvətli olduğunu bildirib. Əslən moldovalı olan, lakin birinci həyat yoldaşı erməni Dmitri Karapetyanın soyadını götürən Kristina buna görə Bakıda problem yaşamadığını bəyan edib: “Mənə xəbərdarlıq etmişdilər ki, Azərbaycanda soyadımla bağlı çətinliklər ola bilər. Amma olmadı. Təbəssüm, sülhsevərlik, nəzakət və hörmət insanların ürəyinə universal açardır. Yayda bura qayıtmaq istəyirəm”.
Qeyd edək ki, 2007-ci ildə Rusiyanın gənclərdən, 2017-20-ci illərdə Qazaxıstanın əsas millisində oynamış Kristina sonradan voleybolçu Mixail Ustinovla ailə həyatı qurub.
İdman.biz