Yeddilik Qrupu (G7) ölkələrinin liderləri gələn həftə onlayn görüş keçirməyi planlaşdırır.
Modern.az xəbər bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.
NHK telekanalının məlumatına görə, onlayn sammitin dekabrın 13-də keçirilməsi planlaşdırılır.
Yaponiyadan isə baş nazir Şiqeru İsiba orada iştirak edəcək.
Görüşdə G7 liderlərinin ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində “birliklərini təsdiqləmək” niyyətində olduqları vurğulanır. Danışıqların əsas mövzuları, gözlənildiyi kimi, Ukrayna və Yaxın Şərqdəki vəziyyət olacaq. Həmçinin qeyd edilir ki, “yeddilik” liderləri Rusiya Federasiyası və Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını müzakirə edə bilərlər.