RU

Xaricdə təcrübə qazanıbAzərbaycanda necəişləyəbilərəm?- Aisa Aslanova iləMÜSAHİBƏ

Bildiyimiz kimi yerli tələbələrimiz həm öz təhsillərini davam etdirmək, həm də karyeralarında üstün təcrübələr qazanmaq üçün xaricə üz tuturlar. Bəs xaricdə praktika imkanları  hazırda hansı vəziyyətdədir, ölkəyə qayıdan tələbələr rahatlıqla iş tapa bilirlərmi? Suallarımızı xaricdə təhsil eksperti Aisa Aslanova cavablandırdı.

-Tələbələr çox vaxtı soruşur ki,  necə iş    tapmaq olar. Hal - hazırda  yerli müəssisələr "Karyera Sərgiləri" keçirir. Son dəfə Bakı Mühəndislik Universiteti belə  bir sərgi keçirib, yüzlərlə vakant yerlər də paylaşdı. Tələbələr qayıdanda mütəmadi şəkildə vakant yerlərlə bağlı emaillər alırlar. Hətta onlar üçün də vakansiyalarla bağlı ayrı sərgilər olur. Əminliklə deyə bilərəm ki, xarici diplomla, özü də DP məzunu üçün həmişə iş tapılır. Bir çox məzun da artıq Qarabağ Universitetində, Neft Fondu və s yerlərdə çalışır.

-Xaricdə praktika keçmiş tələbələrin ölkəyə qayıtdıqdan sonra iş tapma şansları nə dərəcədə yüksəkdir?

-Birincisi,  tələbənin CV-da artıq xarici şirkət/ təşkilat olur. İkincisi,  həqiqətən də praktikada xarici bir təcrübə yaşamış şəxs kimi istər ixtisas istiqamətinizlə, istər motivasiyanızla bağlı daha aydın fikirlər səsləndirə bilirsiniz.

-Xaricdə praktika keçmiş tələbələrin qarşılaşdıqları ən böyük çətinliklər nələrdir?

-Adətən tələbələr xaricdəki əmək haqqı ilə burdakı əmək haqqı arasında fərqə görə işlərin bəzilərinə imtina verir. Lakin bu situasiyada həmişə demişəm ki, xarici maaşlar onların xərclərinə əsasən tənzimlənir. Odur ki, seçim edəndə adekvat yanaşmaq lazımdır.

-Tələbələrin xaricdəki praktika müddətində qazandıqları təcrübə yerli iş bazarında necə qiymətləndirilir? İşəgötürənlərin xaricdə təcrübə keçmiş tələbələrə olan yanaşması necədir?

-şəgötürənlər adətən üstünlüyü xarici təcrübəyə malik olanlara verir. Bu  vəzifəyə də, maaşa da, bir çox digər amilə də təsir edir. Xarici diplomlu tələbələrim burada işə başlayanda yalnız "Senior" pozisiyasından başlayır. Odur ki, xarici təcrübə və təhsil əvəzolunmaz bir üstünlükdür.

-Ölkəmizdə xaricdə praktika imkanları ilə bağlı mövcud olan resurslar və dəstək proqramları hansılardır?

-Ölkəmizin müxtəlif dövlətlərlə bu barədə razılaşmaları var. Tələbələr mübadilə proqramları vasitəsilə xaricə gedə bilir. Məsələn - UGRAD, Mevlana, Erasmus + və s. Əlavə olaraq da SUSI kimi yay proqramları da mövcuddur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
48
olaylar.az

1Источники