RU

Serbiya Rusiyadan bunu XAHİŞ ETDİ: “Pulunu bir yolla ödəyəcəyik”

Serbiya Rusiyadan qaz tədarükünü artırmağı xahiş edib. Bu barədə ölkənin baş nazirinin müavini Aleksandr Vulin Verona Avrasiya İqtisadi Forumu çərçivəsində bildirib.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, Serbiya Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyib. Buna görə də Rusiya ilə ticarət əlaqələrini əvvəlki səviyyədə davam etdirir.

 

Baş nazirin müavini bildirib ki, ABŞ-nin “Qazprombank”a qarşı sanksiyalar tətbiq etməsindən sonra qazın tədarükünün haqqının ödənilməsində problemlərin yaranması mümkündür. Amma o, əmindir ki, ölkəsi qazın pulunu ödəməyin bir yolunu tapacaq.

 

Serbiya Rusiya ilə yanaşı, Azərbaycandan da qaz alır. Havaların soyuması ilə əlaqədar qaza tələbi artan Serbiya Rusiyadan idxalı artırmaq istəyir.

 

Vasif

Sfera.az

 

 

Избранный
27
8
sfera.az

10Источники