Demokrat.az xəbər verir ki, bu sözləri mədəniyyə nazirinin müşaviri Cəsarət Valehov deyib.
"Elanın ən gec 1 ay öncə verilməsi vacibdir. Biz müəllimlərin daha çox zamanı olsun deyə 2 ay öncədən attestasiya ilə bağlı xəbərdarlıq etmişik".
Müşavir daha sonra görülən islahatlardan danışıb:
"Müəllimlər heç yerə getmədən elektron şəkildə işə qəbul olunublar. Orta ixtisas təhsili ilə dərs deyən kifayət qədər müəllim var. İlk dəfədir ki, işə qəbul olanların 65%-i ali təhsillidir. İlk attestasiya proqramına fortepiano və musiqi nəzəriyyəsi üzrə təhsilverənlər tabe tutulacaq. Daha sonra isə digərləri. 2026-cı ilə qədər bütün musiqi təhsili verən müəllimlərin qiymətləndirilməsi prosesi yekunlaşacaq".
Əfsanə Kamal
Demokrat.az