RU

"İlk dəfədir ki, işə qəbul olanların 65%-i ali təhsillidir" — Cəsarət Valehov

"2025-2026- cı illərdə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçiriləcək bir çox islahatlar var. Bu islahatlar daha çox incəsənət və musiqi məktəblərində təhsil  verən müəllimlərin qiymətləndirilməsi ilə bağlıdır".

Demokrat.az
xəbər verir ki, bu sözləri mədəniyyə nazirinin müşaviri Cəsarət Valehov deyib. 

"Elanın ən gec 1 ay öncə verilməsi vacibdir. Biz müəllimlərin daha çox zamanı olsun deyə 2 ay öncədən attestasiya ilə bağlı xəbərdarlıq etmişik".

Müşavir daha sonra görülən islahatlardan danışıb:

"Müəllimlər heç yerə getmədən elektron şəkildə işə qəbul olunublar. Orta ixtisas təhsili ilə dərs deyən kifayət qədər müəllim var. İlk dəfədir ki, işə qəbul olanların 65%-i ali təhsillidir. İlk attestasiya proqramına fortepiano və musiqi nəzəriyyəsi üzrə təhsilverənlər tabe tutulacaq. Daha sonra isə digərləri. 2026-cı ilə qədər bütün musiqi təhsili verən müəllimlərin qiymətləndirilməsi prosesi yekunlaşacaq".

Əfsanə Kamal
Demokrat.az
Избранный
32
demokrat.az

1Источники