RU

Yeni yaradılan ixtisaslara GƏLƏN İLDƏN qəbul keçiriləcək

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib. “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub. Eyni zamanda 10 ixtisasın adında dəyişiklik edilib.

 

Rəsmi açıqlamada bildirilib ki, yeni ixtisaslara aid təhsil proqramlarının hazırlanması təşəbbüsü ilə bağlı bir sıra dəyişikliklər nəzərdə tutulub.

 

“Bu dəyişikliklər əsasən maraqlı tərəflərin təşəbbüsü əsasında həyata keçiriləcək. Maraqlı tərəflər dedikdə, işəgötürənlər, sahibkarlar, müxtəlif assosiasiyalar və ali təhsil müəssisələri nəzərdə tutulur. Onlar uyğun ixtisaslara dair təkliflərini müvafiq ali təhsil müəssisələrinə təqdim etməlidirlər”, – elm və təhsil nazirinin müavini İdris İsayev qeyd edib.

 

Apress.az  xəbər verir ki  təhsil eksperti Elçin Əfəndi məlumat vermişdir.

O qeyd edib ki, növbəti ildən yeni yaradılacaq ixtisaslara tələbə qəbulu keçiriləcək.

 

“Onların içərisində yalnız data analitikası ixtisası magistratura pilləsində mövcud idi. Həmin ixtisasa artıq bakalvr pilləsində də kadr hazırlığı keçirilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən qərar verildi. Bu ixtisaslara tələbat var. Dövrün tələblərinə əsasən bu ixtisaslar bakalavr pilləsində artıq yer almalıdır”, – ekspert vurğulayıb.

 

Elçin Əfəndi bir sıra ixtisasların da təsnifata salınmasını təklif edib.

 

“Düşünürəm ki, növbəti illərdə aşağıdakı ixtisaslar da ali təhsil müəssisələrində yer almalı və tələbə qəbulu həyata keçirilərək kadr hazırlığı aparılmalıdır.

– Kibertəhlükəsizlik mühəndisi
– Maliyyə meneceri
– Data mühəndisi
– Səhiyyə mühəndisi
– Psixi sağlamlıq mühəndisi
– Yeni energetika mühəndisi
– İnşaat mühəndisi
– İnnovasiya meneceri
– Süni intellekt mühəndisi
– Ağıllı şəhər və ev mühəndisi
– Rəqəmsal transformasiya üzrə mütəxəssis
– İqlim müdafiəçisi
– Big Data analitiki
– Biotexnologiya mühəndisi
– IoT mütəxəssisi
– Yeni materiallar mühəndisi
– Maliyyə texnologiya mühəndisi
– Ağıllı nəqliyyat mühəndisi
– Proqram tərtibatçıları
– Yaradıcılıq mühəndisi
– Onlayn müəllim
– Rəqəmsal marketinq mütəxəssisi
– Ətraf mühit mühəndisi
– Xəstəxana mühəndisi
– İnformasiya təhlükəsizliyi
– Tullantı meneceri
– Gen mühəndisi
– İstedadlar meneceri
– Elektron ticarət üzrə mütəxəssis
– Kvant maşın öyrənmə analitiki.

 

İxtisaslara tələbatın olması o deməkdir ki, əmək bazarında informasiya texnologiyalarının inkişafı və bundan irəli gələn digər amillərdən asılı olaraq yeni ixtisas sahiblərinə ehtiyac var. O nöqteyi nəzərdən də yeni ixtisas sahələri açılır. Yaxın 10 il ərzində ölkəmizdə bu ixtisaslara da qəbulu görəcəyimizə əminəm.  Yeni ixtisasların yalnız təhsil deyil, sferalarda da təsirləri görə biləcəyik. Burada maliyyə, hüquq, sosial, siyasət, iqtisadiyyat və digər sahələrdə bu təsirləri görəcəyik. Bu istiqamətlərdə yeni dövrün tələblərinə uyğun kadr hazırlığının keçirilməsi məhz həmin istiqamətin inkişaf etməsinə gətirib çıxaracaq”.

Избранный
16
2
hokm.az

3Источники