RU

Suriyadakı Rusiya səfirliyindən çağırış: Təcili ölkəni tərk edin

Rusiyanın Dəməşqdəki səfirliyi ölkə ərazisindəki Rusiya vətəndaşlarını təcili Suriyanı tərk etməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə səfirliyin Telegram kanalında yerləşdirilən müvafiq məlumatda bildirilir.

Səfirlik Suriyadakı ruslara ölkəni kommersiya reysləri ilə tərk etmək imkanının olduğunu xatırladıb.

Müraciətdə qeyd olunur ki, rusiyalılar mövcud hava limanları vasitəsilə ölkəni tərk edə bilərlər. Eyni zamanda səfirlik və konsulluq şöbəsi normal rejimdə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, bu gün silahlı müqaxiləf qüvvələri Xüms əyalətinin mərkəzinə doğru irəliləyərək iki xırda şəhəri də əlaə keçiriblər.

Suriya ordusu silah-sursat, hərbi texnikanı ataraq Dəməşqə tərəf geri çəkilir.

Musavat.com

Избранный
16
musavat.com

1Источники