RU

Dünyanın ən böyük neft-servis şirkətlərindən birinin Azərbaycan nümayəndəliyi cərimələndi - QƏRAR

Səbail Rayon Məhkəməsində "Schlumberger Overseas S.A." şirkətinin Azərbaycan nümayəndəliyinə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkət cərimələnib.

 

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Qeyd: Azərbaycanda 1997-ci ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Jodi Leigh Wooddur. “Schlumberger Overseas S.A.” şirkəti Almaniya ilə Fransanın sərhəddindəki Alsace regionunda qeydiyyatdan keçib, şirkətin yaradıcısı Conrad Schlumberger-dir. Bu, dünyanın ən iri neft-servis şirkətlərindən biridir. Azərbaycanda BP-nin başçılıq etdiyi konsorsiuma xidmətlər göstərir.

 

Xəyal Quliyev

Tarix: 6 Dekabr 2024, 19:50   
Избранный
14
9
pravda.az

10Источники