Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkisinin birinci turunun nəticəsini ləğv edib.
Bu barədə Rumıniyanın "Digi24" telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb.
Hələlik Rumıniyada yeni prezident seçkisinin nə zaman keçiriləcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, noyabrın 24-də keçirilmiş birinci turda Kelin Corcesku üstünlük əldə etmişdi. Prezident seçkisinin ikinci turu dekabrın 8-də baş tutmalı idi.