Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb.
O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək “Olimpiya” (Sloveniya) - “Serkl Brügge” (Belçika) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma dekabrın 12-də Lyublyana şəhərində yerləşən “Stoyitse” stadionunda baş tutacaq.