RU

“MİT "Yılmaz" yaxalanaraq Türkiyəyə GƏTİRİLDİ

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının Suriyadakı “rəhbərlərindən” biri olan Serhat Özmeni xaricdə yaxalayaraq Türkiyəyə gətirib.

"Unikal" bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

“MİT "Yılmaz" kod adlı Serhat Özmenin xaricdəki yerini müəyyən edib. Daha sonra təşkilat tərəfindən həyata keçirilən əməliyyat nəticəsində tutularaq Türkiyəyə gətirilib”, - məlumatda bildirilir.

Məlumata görə, 2014-cü ildə terror təşkilatına qoşulan S.Özmenin müxtəlif bölgələrdə silahlı fəaliyyətlərdə iştirak etdiyi müəyyən olunub.

Qeyd edilib ki, o, Suriyadakı fəaliyyətlərindən sonra 2023-cü ilin əvvəlindən İraqdakı PKK/KCK strukturlarında fəaliyyət göstərib.

Избранный
61
50
unikal.az

10Источники