Suriyada qeyri-sabitliyin davam etməsi regiondakı bütün ölkələrin təhlükəsizliyinə təhdiddir.
Axar.az İRNA-ya istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Arakmı deyib.
O, bunu “sionist rejim və ABŞ-ın dəstəyi ilə” terrorçu və ekstremist qrupların regionda xaos və zorakılıq yaratmaq üçün uzunmüddətli plan hazırlaması ilə əlaqələndirib.
Qeyd edək ki, Heyət Təhrir əş-Şam qruplaşması Hələb, İdlib, Həma və digər şəhərləri nəzarət altına alıb və hədəfinin Dəməşq olduğunu bildirib. İran illərdir dəstəklədiyi Suriya rejiminin çökmə ehtimalından narahatdır.