RU

Qızı Tom Kruzdan böyük miras alıb

Hollivud ulduzu Tom Kruz və Keti Holmsun 18 yaşlı qızı Suri Kruz atasından böyük miras alıb.

Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

“Suri 18 yaşı tamam olan kimi pulun bir qismini əldə edib. Qalan hissəsini 30 yaşı tamam olduqdan sonra alacaq. Etimad fondu elə qurulub ki, bütün pulları o, bir anda ala bilməz" deyə, ailəyə yaxın mənbə bildirib.

O, aktyordan qızına qalan məbləği isə açıqlamayıb.

Qeyd edək ki, Surinin atası Tom Kruzla münasibətləri pisdir. Qızın qəyyumluğu isə anası Keti Holmsa verilib.
Избранный
37
4
sherg.az

7Источники