Gürcüstan parlamenti yaxınlığında etirazçılarla polislər arasında qarşıdurma yaşanıb.
Bizim.Media xəbər verir ki, etirazçılar hökumət binasında gizlənən çevik qüvvət polisinə fişəng və digər partlayıcı maddələr atıblar.
Aksiyada polis əməkdaşını təhqir edən bir nəfər saxlanılıb.
Azadlıq meydanına xüsusi təyinatlılar cəlb edilib, əraziyə su şırnaqları gətirilib.
Bizim.Media