RU

DYP-dən motosiklet və moped sürücülərinə MÜRACİƏT

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinəmüraciət edib.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumatyayıb.

Bildirilib ki, hazırda ölkənin avtomobil yollarında motosiklet,moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrinin sayısürətlə armaqdadır. Lakin, təəssüf ki, qeyd olunan mexanikinəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkətiqaydalarına yanaşma birmənalı deyil.

Son on beş gün ərzində Neftçala, Şəki, Zaqatala, Kürdəmirrayonları ərazisində motosiklet və moped sürücülərinin iştirakı iləqeydə alınan 5 yol qəzasında 4 nəfərin həyatını itirməsi, 3 nəfərinxəsarət alması, bununla yanaşı, cari ilin 11 ayı ərzində respublikaüzrə bu tip nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 46yol-nəqliyyat hadisəsində 16 nəfərin həyatını itirməsi, 34 nəfərinxəsarət alması, bu sahədə sürücü intizamının qənaətbəxşolmadığından xəbər verir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped vədigər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərəmüraciət edərək onları təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməletməyə, küləkli, yağmurlu havalarda xüsusilə ehtiyatlı olmağa,özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağaçağırır!",- deyə müraciətdə qeyd edilib.

Məqalədə:
Избранный
62
27
az.trend.az

10Источники