RU

Trampa dəstək üçün “X”in alqoritmlərini dəyişib?

Avropa Parlamentinin müxtəlif ölkələrdən olan bir qrup üzvü amerikalı milyarder İlon Maskı ABŞ-də prezident seçkilərində qalib gələn Donald Trampı dəstəkləmək üçün “X”in alqoritmlərində dəyişiklik etməkdə ittiham edib.

“Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatlarının Avropa Komissiyasına göndərdiyi parlament sorğusunda deyilir.

“Kvinslend Universitetində tədqiqatçılar tərəfindən aparılan son araşdırma ilə İlon Maskın “X” hesabında aktivliyin iyul ayından etibarən kəskin şəkildə artdığı, onun paylaşımlarına baxışların 138 faiz, retvitlərin 238 faiz və bəyənmələrin isə 186 faiz artdığı müəyyən edilib. Baxışların artımı digər tanınmış siyasi hesablardakından daha sürətli olub.

Mediada yayılan xəbərlər göstərir ki, əvvəllər Mask alqoritmə təsir edərək məzmununu şəffaf olmadan prioritetləşdirir. Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinin (CCDH) hesabatında qeyd olunub ki, Maskın siyasi yazıları Trampı dəstəklədiyi vaxtdan bəri 1.7 milyard baxış alıb”, - sorğuda vurğulanıb.

Bundan əlavə, müraciət müəllifləri qeyd ediblər ki, Maskın paylaşımlarına baxış sayının artması onun Ukraynadakı müharibə və “antisemitizm sui-qəsd nəzəriyyələri” ilə bağlı mesajlarına da aiddir.

Parlamentarilər Avropa Komissiyasına İlon Maskın alqoritmləri dəyişdirməsi vəziyyəti ilə bağlı məhkəmə araşdırmalarına başlamaq planları barədə də sorğu ünvanlayıblar.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib. Ölkənin 45-ci Prezidenti Respublikaçılar Partiyasından Donald Tramp seçilib. Onun inuaqurasiya mərasimi gələn il yanvarın 20-si keçiriləcək.

Избранный
28
1
qafqazinfo.az

2Источники