RU

Rusiya ABŞ-də dezinformasiyanı artırmaqda ittiham edilir

Donald Trampın yanvarda Ağ Evə qayıtması ərəfəsində Rusiya Ukraynaya dəstəyi ABŞ ərazisində sabotaj etmək məqsədi daşıyan dezinformasiyanın yayılmasını artırır.

Musavat.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi yazır.

Nəşr iddia edir ki, Moskva Ukraynadakı münaqişə və yeni seçilmiş prezident Tramp haqqında istədiyi rəvayətləri təbliğ etmək üçün saxta internet saytları və sosial media hesablarından istifadə edir.

“Analitiklər hesab edirlər ki, amerikalı auditoriya üçün ingilis dilinə tərcümə edilmiş kontent ABŞ-nin Ukraynaya hərbi yardımını kəsmək və Rusiyanın qələbəsini təmin etmək ümidi ilə həlledici anda amerikalıları Ukraynaya qarşı yönəltmək üçün hazırlanıb”, - agentlik yazır.

Mətndə deyilir ki, Rusiya amerikalıları parçalamaq və ukraynalıları etibarsız, vicdansız müttəfiqlər kimi göstərmək istəyir.

Musavat.com

Избранный
25
1
musavat.com

10Источники