RU

Sahibə Qafarova: Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir parlamentinin banisidir

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir parlamentinin banisidir.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı məhz parlamentdə başlayıb:

"Ulu Öndər parlamentə rəhbərlik etdiyi dörd aya yaxın müddət ərzində Azərbaycan parlamentarizmi tarixinin keyfiyyətcə yeni mərhələsinin əsasını qoydu".

Spiker bildirib ki, Ulu Öndər Heydər Əliyevin həm bu müddətdə, həm də sonradan prezidentlik dövründə qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər müstəqil dövlətin hüquqi bazasının yaradılıb inkişaf etdirilməsində, parlamentin real hakimiyyət orqanına çevrilməsində əvəzsiz rol oynayıb.

S.Qafarova vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu olduğu kimi, müasir parlamentin də banisidir. Bu parlament də öz fəaliyyətində ötən dövrlərdə formalaşmış ənənələrə əsaslanır, müstəqillik və dövlətçilik amallarını təcəssüm etdirir.

Spiker qeyd edib ki, bu gün Milli Məclis Prezident İlham Əliyevin Azərbaycana böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.

Избранный
8
7
ikisahil.az

9Источники