RU

Coşqun Rəhimov Tahir İmanovU "VURDU": QALMAQAL BÖYÜDÜ

Əməkdar artist Coşqun Rəhimova həmkarı Tahir İmanovun onların qadın obrazlarını tənqid etməsinə münasibət bildirib.

Paytaxt.org bildirir ki, "Bu şəhərdə"nin aktyoru bu haqda "Künc-bucaq" yutub layihəsində danışıb. 

O bildirib ki, bütün tənqidlərə açıqdır:

"Sübut etməyə də hazıram. "Bu şəhərdə" adından göründüyü kimi 2 aktyorun teatrıdır. Bütün obrazları oynamaq bizim öhdəmizə düşür. Deyərdim ki, bizim teatrımız Azərbaycanda bir yenilikdir. Artıq 25-ci ilə gedirik, hələ də sevilirik, qəbul olunuruq. Küçədə gedəndə arxamızca söz atan olmayıb. Bizi hər zaman hamı hörmətlə qarşılayır. O ki qaldı sənət baxımından söhbətin qadın obrazlarından getməsinə, əgər bunu oynaya bilirsənsə, meydan açıqdır. Əgər o obrazı təpədən dırnağa kimi qadın kimi təqdim edə biləcəksənsə, meydan açıqdır. O tənqidlərə mənim heç bir cavabım yoxdur. Tamaşaçı fərqlidir və bizim tamaşaçımız daha çoxdur. Bizə dəyər verən və dəstəkləyən tamaşaçımız çoxdur".

Qeyd edək ki, T.İmanov "Biz qadın obrazı oynamağı özümüzə yaraşdırmırıq. Aktyorluq bu deyil. "Bu şəhərdə"nin konsertləri müəyyən çərçivədədirlər. Onların konsertlərində ciddi satira və tənqid yoxdur" sözlərini deyib. 

Избранный
2861
22
paytaxt.org

10Источники