Suriyada müxalif silahlı qüvvələrin hücumları və Bəşər Əsəd rejiminin çökməsinin an məsələsi olduğu bir vaxtda Suriya liderinin sərvəti gündəmə gəlib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Bəşər Əsədin ümumi sərvəti Suriyanın 7 illik dövlət büdcəsinə bərabərdir.
Əsədin əmlaklarının bir qismini təqdim edirik:
1. Beş milyard avro dəyərində pul;
2. 200 ton qızıl;
3. Britaniyada 100 milyon funk-sterlinq;
4. Suriyanın neft ehtiyatlarından əldə edilən gəlirlər (məbləğ bəlli deyil);
5. Xarici ölkələrdə mülklər (bura Avropa ölkələri də daxildir);
6. Atası Hafiz Əsəddən miras qalan sərvət (dəqiq rəqəm yoxdur);
7. “Mersedes-Benz S-Klass” – dövlətin ayırdığı maşın
8. BMV – 7-ci seriya
9. Hələb, Dəməşq və Latakiyadakı saraylar və s.