RU

Putinin məğlubiyyət anonsu: Onu sağ saxladı, ağır zərbə aldı

Suriyadakı üsyançıların sürətli hücumu Rusiyanı illərlə Yaxın Şərq, Aralıq dənizi və Afrika qitəsinə təsir üçün istifadə etdiyi strateji bazadan məhrum edə bilər.

Sitat.info xəbər verir ki, bu iddia ilə “Voll Strit Jurnal” çıxış edib.

Məlumata görə, bu, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Moskvanı dünya nizamının alternativ lideri kimi təqdim etmək, onun ABŞ dominanatlığına uğurlu mübarizə modeli kimi göstərmək şansını əlindən ala bilər.

Karnegi Fondunun əməkdaşı Nikol Qrayevski jurnala açıqlamasında Suriyanı Putin üçün ideoloji layihə adlandırıb. O, indi Rusiya təyyarələrinin Suriyanı tərk etməsinin Moskva üçün dağıdıcı olduğunu söyləyib:

“Putinin köməyi Əsədin sağ qalmasında vacib rol oynayıb. Moskva müttəfiqlərinə göstərmişdi ki, Yaxın Şərqdə Rusiyanın müdaxiləsi xalq ayaqlanmalarının qarşısını almağa kömək edə bilər”.

Qəzet yazır ki, Suriya Rusiya üçün mühüm strateji əhəmiyyətə malik olub. Belə ki, Moskva buradakı Hmeymim bazası ilə Liviya, Mərkəzi Afrika Respublikası və Sudana logistik daşımaları həyata keçirib.

Qəzetə danışan Vaşinqton İnstitutunun əməkdaşı Anna Borşevski Suriyanın itirilməsinin Rusiya üçün böyük məğlubiyyət olacağını deyib:

“Suriya çox aşağı qiymətə Rusiya üçün böyük üstünlüklər verirdi. Bu ölkənin itirilməsi, ciddi strateji məğlubiyyət olacaq. Bu isə öz təsirini təkcə Yaxın Şərq yox, qlobal səviyyədə göstərəcək”.

Strategiya və Texnologiyaların Analizi Mərkəzinin elmi əməkdaşı Mixail Barabanov isə Moskvanın indi Ukraynaya fokuslandığını, bu səbəbdən Suriyaya sadəcə simvolik dəstək göstərəcəyini bildirib:

“Gündə bir neçə qanadlı raketlə zərbə və ya aviazərbələr situasiyaya təsir etmir. Suriyadakı bütün oyunçular Kremlin Ukraynadakı vəziyyətə dərin cəlbini başa düşürlər və onun imkanlarının məhdud olduğunu bilirlər”.

Избранный
13
3
sitat.info

4Источники