RU

Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, digər hökumət və qeyri-hökümət rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə formalaşan milli paralimpiya hərəkatının ötən dövrdə inkişafından bəhs ediblər. Prezident İlham Əliyevin Azərbaycan idmanının, o cümlədən paralimpiyamızın inkişafına xüsusi diqqət və qayğısı nəticəsində idmançılarımızın, həmçinin paralimpiyaçılarımızın tarixi qələbələr əldə etdiyi vurğulanıb.

Uşaq paralimpiyaçılarımızın da həmin idman nailiyyətlərini uğurla davam etdirmək əzminə malik olduğu qeyd olunub. Keçirilən Uşaq Paralimpiya Oyunlarının ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişafı, əlilliyi olan uşaqların idmana marağının artırılması baxımından xüsusi önəmi diqqətə çatdırılıb.

Oyunlarda 130-dan çox uşaq paralimpiyaçı iştirak edib. Onlar 6 idman növü (paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, boccia) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparıb.

Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərin idmana cəlb olunması ilə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.

Избранный
50
4
ikisahil.az

5Источники