RU

Gəncədə Ulu öndər yad edilib

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də Ümummilli lider, müasir dövlətimizin qurucusu Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib.

Çıxş edən natiqlər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birinci dövrü və möhtəşəm qayıdışdan sonrakı illərə nəzər salıblar, Ulu öndərin tarixi xidmətlərini yad ediblər. Qeyd olunub ki, Heydər Əliyev dünya şöhrətli dahi şəxsiyyətdir, ölkəmizin müasir tarixinin 55 ili onun adı və əməlləri ilə bağlıdır. O, ölkəsi üçün ağır anlarda xalqının yanında olub. Ümummilli lider 1990- cı ildə ermənipərəst sovet rəhbərliyinin törətdiyi 20 Yanvar faciəsi zamanı Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və xalqımızın başına gətirilən fəlakətlər barədə dünyaya səs salıb. Ulu öndər bu qırğının səbəbkarı kimi M. Qorbaçovu, sovet rəhbərliyini qınayıb. Xocalı faciəsi zamanı da dünya Ulu öndərin gur səsini eşidib.

1993- cü ildə ölkə vətəndaş müharibəsi ərəfəsində olanda xalqının hayına yenə də Heydət Əliyev çatıb. Məsuliyyətsiz siyasətçilər vəzifələrini donduranda Heydər Əliyev xalqın böyük dəstəyi ilə yaranmış ağır vəziyyətdən çıxış yolları axtarıb. Xalq – Heydər Əliyev birliyi ptoblemlərin çözülməsi, “Əsrin müqaviləsi”nin bağlanması, ölkənin ayaqüstə durması ilə nəticələnib.

Anım mərasiminin sonunda bildirilib ki, artıq Ulu öndərin ruhu şaddır. Prezident, Silahli Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ata vəsiyyətinə əməl edərək, 30 ildən çox erməni işğalında qalan torpaqlarımızı düşməndən azad edib, Azərbaycanın suverenliyi tam təmin edilib.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Gəncə

Избранный
39
xalqqazeti.az

1Источники