RU

"Bavariya" və "Bayer"dən qələbə

style='margin-bottom:10px;'>

Almaniya Bundesliqasında 13-cü tur davam edir.

QOL.az xəbər verir ki, bu gün turnirdə 6 matç keçirilib. Dortmund "Borussiya"sı Münhenqladbax "Borussiya"sı ilə heç-heçə edib.

Lider “Bavariya” “Haydenhaym”a qalib gəlib. Son çempion "Bayer" isə "Sankt Pauli" üzərində qələbə qazanıb.

Qeyd edək ki, 1-ci yerdəki "Bavariya"nın aktivində 33 xal var. "Ayntraxt" 27 xalla 2-ci, "Bayer" isə 26 xalla 3-cüdür.

Almaniya Bundesliqası, 13-cü tur

7 dekabr

"Bayer" – "Sankt Pauli" - 2:1

Qollar: Virts, 6, Ta, 21 - Gilavoqi, 84

"Bavariya" – "Haydenhaym" - 4:2

Qollar: Upamekano, 18, Musiala, 56, 90+1, Qoretska, 84 - Honsak, 50, Dorş, 85.

"Bohum" – "Verder" - 0:1

Qol: Stage, 56.

"Ayntraxt" – "Auqsburq" - 2:2

Qollar: Ekitike, 55, Uzun, 74 - Tiets, 60, Essende, 71.

"Holştayn" – "Leyptsiq" - 0:2

Qollar: Şeşko, 27, A.Silva, 69-pen.

"Borussiya" (Münhenqladbax) – "Borussiya" (Dortmund) - 1:1

Qollar: Stoqer, 71-pen. - Gittens, 65.

Избранный
19
1
teleqraf.com

2Источники