RU

Gürcüstanda nümayişlər 10-cu günündə də davam etdi

 

  Gürcüstanda hökumətin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmasından sonra başlayan etiraz aksiyaları 10-cu günündə də davam edib.

  Paytaxt Tbilisidə toplaşan nümayişçilər hökuməti istefaya çağırıb və yeni parlament seçkilərinin keçirilməsini istəyiblər.

  Aksiyalar zamanı binanın qarşısında təhlükəsizlik tədbirləri görən polis şiddətli hadisələrlə qarşılaşıb.

  Prezident Salome Zurabişvili hökuməti jurnalistlərə və etirazçılara hücumda ittiham edib. Eyni zamanda, o, Parisin Yelisey sarayında Fransa prezidenti Emmanuel Makron və ABŞ-ın seçilmiş prezidenti Donald Trampla danışıb və ölkəsində baş verənlər barədə məlumat verib.

  Xatırladaq ki, Avropa Parlamenti oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin yenilənməsini tələb edib. Ondan sonra müxalifət və Aİ tərəfdarları küçələrə çıxaraq nümayişlərə başlayıblar.

  Baş nazir Kobaxidze bəzi avropalı siyasətçilərin Gürcüstanın daxili işlərinə qarışdığını, onları Aİ-nin pulları ilə şantaj etdiyini bildirərək “Biz 2028-ci ilin sonuna qədər Aİ ilə danışıqların başlanmasını gündəmə gətirməməyə qərar verdik” deyib.

  ABŞ Dövlət Departamenti də Gürcüstanla strateji əlaqələrin dayandırıldığını açıqlayıb.

  Ukrayna prezidenti Volodimir Zelenski də Kobaxidze və bəzi hökumət rəsmilərinə sanksiya tətbiq edilməsi haqqında fərmanı imzalayıb.



Избранный
15
trt.net.tr

1Источники