RU

İbrahimoviç özünün Halandla müqayisəsi haqqında danışdı

İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç “Mançester Siti”nin norveçli qolçusu Erlinq Haland ilə müqayisə edilməsini şərh edib.

Arena.az “Sports Illustrated” dərgisinə istinadən, İbrahimoviçin bu barədə fikrini təqdim edir:

“Bəlkə də quyruğuna (saç quyruğu – redaktorun qeydi) görədir (gülür). Mən oyunçuları bir-biri ilə müqayisə etməyi sevmirəm, çünki hər kəs öz səyahətinə özü başlayır və öz hekayəsini özü yazır. Mənim öz dövrüm vardı, mən öz üslubumda oynayırdım. İndi də onun öz dövrü var, o da özünəməxsus surətdə oynayır. Odur ki, heç bir “yeni Zlatan” ola bilməz. Mən öz işimi görmüşəm, amma istehlak tarixim artıq bitib. Erlinq Haland fantastik iş görən böyük oyunçudur”, deyə “İbra” vurğulayıb.

Xatırladaq ki, Zlatan İbrahimoviç ötən il futbolçu karyerasını bitirmək qərarına gəlib və futbolçu ikən sonuncu klubu olmuş “Milan” rəhbərliyində müşavir vəzifəsinə təyinat alıb.

Zlatan İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunyted” və “Los Anceles Qalaksi”də çıxış edib.

Zlatan 2001-ci ilin yanvarında debüt etdiyi, 122 oyun keçirdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 62 qol və 25 məhsuldar ötürmə.

Избранный
39
arena.az

1Источники