RU

“İnnovasiyanın zəruriliyi” 22-ci Beynəlxalq Doha Forumu

 

  Dekabrın 7-də Qətərdə “İnnovasiyanın zəruriliyi” mövzusunda 22-ci Beynəlxalq Doha Forumu keçirilib.

  İki gün davam edən forumun açılış mərasimində Qətər, Seneqal, Dominikan, Namibiya, Bosniya-Herseqovina, Qazaxıstan, Ruanda və Mərkəzi Afrika respublikalarının dövlət başçıları, ümumilikdə 150-dən çox ölkədən 4500-dən çox nümayəndə, o cümlədən hökumət başçıları, nazirlər, parlament üzvləri, akademiklər, biznes dairələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müxtəlif ölkələrdən ekspertlər iştirak edib.

  Azərbaycanın da təmsil olunduğu forum zamanı 80-dən çox iclasda qlobal miqyasda ən aktual və təhlükəli çağırışlar üçün innovativ həll yolları müzakirə olunub.

  Müzakirələr geosiyasi gərginliklərdən və qlobal təhlükəsizlikdən tutmuş, humanitar böhranlar və texnoloji inkişaflara qədər geniş mövzuları əhatə edir.

  Forumun builki sessiyaları mövcud çağırışlar və siyasət, iqtisadiyyat, təhlükəsizlik və texnologiya sahələrindəki qlobal dəyişikliklər fonunda xüsusi əhəmiyyət daşıyır. Sessiyaların əsas mövzularına “Ağıllı iqtisadiyyatlar dövründə rəqabət”, “İnnovasiyanın zəruriliyi: qlobal inkişaf üçün texnologiyanın idarə olunması”, “Mədəniyyətlərarası dialoqun sülh şəraitində birgəyaşayışa töhfəsi” və “Platformaların gücü: qlobal böhranlarda sosial şəbəkə influenserlərinin artan rolu” daxil olub.

  Tədbir həmçinin mövcud böhranlara və onların yaratdığı çağırışlara diqqət yetirib.



Избранный
32
1
trt.net.tr

2Источники