RU

Hansi Flik: “Meydanda baş verənlərdən həqiqətən məyus oldum”

“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya La Liqasının 16-cı turunda “Betis”ə qarşı keçirdikləri oyunu (2:2) şərh edib.

Arena.az xatırladır ki, “blauqrana” oyunun təzminat müddətində (90+4-cü dəqiqədə) qələbəni əldən verib:

“Meydanda baş verənlərdən həqiqətən məyus oldum. Bu görüşdə qalib gəlmək gərək idi.

Biz daha sürətli oynamalıyıq. Bu gün çox ləng idik. Çoxlu uzun ötürmələr oldu. Bu, bizim güclü tərəfimiz deyil və biz dəyişməliyik”, deyə alman mütəxəssis oyunsonrası mətbuat konfransında bildirib.

Hansi Flik həmçinin qırmızı vərəqə alaraq texniki bölgədən qovulmasını da şərh edib:

“Mən niyə qırmızı vərəqə aldığımı başa düşmürəm. Heç kimə heç nə deməmişdim. Qarşılığım oldu, öz-özümə nəsə dedim. Bu, mənim başıma heç vaxt gəlməmişdi”, deyə Flik vurğulayıb.

Vacib xal itkisi nəticəsində “Barselona” La Liqada liderliyini əldən verib. 17 oyundan 38 xal toplamış “blauqrana” şərti olaraq yarış cədvəlinin 1-ci pilləsində qərarlaşsa da, 16 oyundan 36 xal toplamış “Real” mümkün lider üstünlüyü əldə edib.

Избранный
41
arena.az

1Источники