RU

Qəzzada ölən fələstinlilərin sayı 44,7 min nəfəri keçdi

Ötən ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bu günədək 44,7 mindən çox fələstinli ölüb, 106 mindən artıq insan yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin teleqram kanalında bildirilib.

“2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 44 708 nəfərə çatıb, daha 106 050 nəfər isə yaralanıb”, - qurumun icmalında deyilir.

Həmçinin qeyd edilir ki, son gün ərzində anklavda İsrailin bombardmanları və top atəşləri nəticəsində 44 nəfər ölüb, daha 74 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com
Избранный
12
21
teleqraf.com

10Источники