RU

Bu yazıları oxuya bilən şəxsə 870 min manat mükafat VERİLƏCƏK

Eramızın 79-cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində kömürləşən Herkulanumdakı papiruslar (qədim dövrlərdə yazı səthi kimi istifadə edilən qalın kağıza bənzər material) əsrlərdir elm adamlarının marağına səbəb olub. Ehtimal olunur ki, bu qədim mənbələrdə qədim yunan və Roma alimlərinə aid dərin fəlsəfi və bədii mətnlər var. Lakin bu zərif yazıları açmaq üçün hər cəhd onları məhv etmək riski daşıyır.

 

 

 

Referans.az  “Daily Mail”ə istinadən xəbər verir ki, bu səbəbdən elm adamları bu qiymətli mətnlərin məzmununa zərər vermədən daxil olmaq üçün yeni üsullar inkişaf etdirirlər. Məqsəd rentgen skanı, mürəkkəb aşkarlama proqramı və süni intellekt kimi texnologiyalarla yazıları virtual olaraq açmaqdır.

 

 

Oksford Universitetinin alimləri “PHerc.172” adlı papirusa mətnin bir hissəsini açmağa nail olublar. X-ray skanı sayəsində bəzi yunan sözləri aşkar edilib. Oxunan mətnin yunan dilində olduğunu deyən tədqiqatçılar mətnin yalnız bir neçə sözünü şərh edə bildiklərini, lakin bütün cümlələri hələ də deşifrə edə bilmədiklərini deyirlər.

 

 

Bu səbəbdən böyük mükafat müsabiqəsi keçirilir və bu yazıları deşifrə edəcək şəxsə 400 min funt-sterlinq (təxminən 870 min AZN) kimi böyük mükafat təklif edilir. Baş mükafat üçün son tarix 31 dekabr 2024-cü ildir. Əvvəlki oxşar müsabiqədə tələbələr Parisdəki “Institut de France”da tapılan papirusun şifrəsini açaraq böyük mükafat (700 min dollar) qazanmışdılar.

 

 

Araşdırmalar nəticəsində elm adamları Herkulanum yazılarından birində tapılan sözü (διατροπή) açmış ola bilər ki, bu da “çaşqınlıq, narahatlıq və ya ikrah” mənasını verə bilər. Həmçinin ənbənin başqa bir hissəsində yunan hərflərinin düzülüşü “τυγχαν” “gerçək olmaq” mənasını verən “τυγχάνω” felinin başlanğıcı ola bilər.

 

 

Qəribədir ki, alimlər mürəkkəbin perqamentin xarici sarğılarında daha aydın göründüyünü müşahidə ediblər. Yazı ümumiyyətlə hər ikinci sətirdə aydın görünür və bu, katibin qələmini hər ikinci sətirdən bir mürəkkəbə batırdığını göstərir.

 

 

Herckulanum vulkanik çöküntülər altında qalan İtaliya şəhərlərindən biridir. Bu şəhərcikdəki böyük bir villada olan yazılar 1750-ci illərdə başlayan qazıntılar zamanı aşkar edilib. Təəssüf ki, onların bəziləri ya məhv edilib, ya da kömür qalaqları ilə səhv salaraq atılıb. Daha sonra Neapol Milli Kitabxanasında saxlanılan yüzlərlə başqa papirus onları açmaq istəyərkən zədələnib. Qazıntılar zamanı tapılan bir neçə yüz fak rulonlarda qalır, heç açılmır, möhürlənib.

 

 

1800-cü illərin əvvəllərində Bodley tumarını və digər beşini Neapol və Siciliya kralı IV Ferdinand İngiltərənin gələcək kralı IV Corca bəzi kenquruların müqabilində verib.

Hazırda onıarın məzmununu zədələmədən oxumaq üçün rəqəmsal üsullardan istifadə olunur. “Virtual açılış” olaraq bilinən bu üsullarda X-şüaları və digər işıq mənbələri ilə tumarlar skan edilərək gizli mətnlər üzə çıxarılmağa çalışılır.

 

 

İtaliyada bir qrup yazıları deşifrə etmək üçün qısa dalğalı infraqırmızı hiperspektral görüntüləmə adlı texnikadan istifadə edib. Bu texnika işığın papirusdakı qara mürəkkəbdən əks olunmasında fərqləri aşkar edir. Bu texnikanın istifadə olunduğu tumarlardan birində yeni keçid aşkar edilib. Keçiddə Platonun son gecəsində fleyta çalan kölə qızın “ritm çatışmazlığı”nı tənqid etməsi göstərilir.

 

 

Eramızdan əvvəl 348-ci ildə 80 və ya 81 yaşında qızdırma xəstəliyindən dünyasını dəyişən Platon həyatının son günlərində ancaq musiqi dinləyir və qonaqlarını əyləndirirmiş.

 

Избранный
27
13
turanpress.com

10Источники