Görəsən, nədə fikirlər üst-üstə düşməyib? Bundan sonra komandanı kim çalışdıracaq? Bu sualları “Hypers Quba”nın prezidenti Ayaz Abdullayevə ünvanladıq:
“Zaur Hidayətovla yollarımızı qarşılıqlı razılıq əsasında ayırdıq. Bu, hər iki tərəfin yaxşılığı üçün verilmiş qərar idi. Fikirlərimizin üst-üstə düşmədiyi bəzi məqamlar vardı. Lakin bu, peşəkar münasibətlərə xələl gətirmir. Zaur müəllimə gələcək karyerasında uğurlar arzulayırıq. Komandanın gələcəyi ilə bağlı qərarımızı yaxın günlərdə açıqlayacağıq. Hazırda baş məşqçi postu ilə bağlı seçim prosesindəyik. Komandamızı irəli aparacaq ən doğru namizədi müəyyənləşdirmək üçün diqqətlə çalışırıq”.
ƏSƏD SEYİDOV