RU

İsrail Dəməşqdəki tədqiqat mərkəzini vurub


İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə iranlı alimlərin raket hazırladığı iddia edilən tədqiqat mərkəzinə və hərbi hava limanına hava zərbələri endirib.

Bu barədə \"Reuters\" regional təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, İsrail Dəməşqin Kəfər Susə məhəlləsindəki böyük təhlükəsizlik kompleksinə üç hava zərbəsi endirib.

Bundan başqa gömrük və hərbi kəşfiyyat binalarına da hücum edildiyi bildirilir. Sosial şəbəkələrdə vurulan binalarda baş vermiş yanğının görüntüləri yayılıb.
 
//apa
Избранный
14
15
azxeber.com

10Источники