RU

 TASS: Əsəd ailəsi ilə birlikdə Moskvadadır

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Moskvadadır.

“İki sahil” xəbər verir ki, Kremldəki mənbənin TASS-a verdiyi məlumata görə, Əsəd ailəsi ilə birlikdə Rusiyadan sığınacaq alıb.

“Əsəd və onun ailə üzvləri humanitar mülahizələrə əsaslanaraq, Rusiyaya gəlib, onlara sığınacaq verib”, - agentliyin həmsöhbəti bildirib.

Moskva Suriyadakı vəziyyətin BMT-nin himayəsi altında nizamlanması üçün danışıqların bərpasını zəruri hesab edir. Silahlı Suriya müxalifətinin liderləri Rusiyanın Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.

Noyabrın 27-də müxalif silahlı qruplaşmaların üzvləri Hələb və İdlib əyalətlərində hökumət mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 7-də axşam saatlarında Əsədin müxalifləri bir neçə böyük şəhəri - Hələb, Deyr əz-Zor, Dəra, Həma və Homsu ələ keçirdilər. Səhər onlar Dəməşqə daxil oldular, bundan sonra ordu hissələri şəhəri tərk etdilər. Əsəd daxili Suriya danışıqlarından sonra vəzifəsini və ölkəni tərk edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
45
13
ikisahil.az

10Источники