RU

Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır - RUSİYA BMT TŞ-nın TƏCİLİ İCLASINI ÇAĞIRIR

Bəşər Əsəd və ailə üzvləri hazırda Moskvadadır.

Korrespondent.az bildirir ki, məlumatı Kremldəki mənbəyə istinadən TASS yayıb.  

Mənbə qeyd edib ki, Rusiya Əsədə sığınacaq verib.

Qeyd olunub ki, Suriya silahlı müxalifətinin liderləri oradakı Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib...

“RİA Novosti” isə Rusiyanın, Suriyadakı vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasının çağırılması üçün müraciət etdiyi barədə xəbər yayıb. Məlumatı BMT-dən təsdiqləyiblər.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi barədə xəbərlər yayılıb. 

Избранный
19
42
korrespondent.az

10Источники