İngiltərə Premyer Liqasında 15-ci turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, səfərdə “Fulhem”lə qarşılaşan “Arsenal” xal itkisi ilə üzləşib. “Lester” – “Brayton” matçında da heç-heçə qeydə alınıb.
Turun mərkəzi matçında isə "Tottenhem" "Çelsi"ni qəbul edib. Dramatik keçən London derbisində qapılara 7 qol vurulub. Matçın qalibi "Çelsi" olub. "Zadəganlar" rəqibini 4:3 hesabı ilə məğlub edib.
8 dekabr
İngiltərə Premyer Liqası,
15-ci tur
"Fulhem" – "Arsenal" - 1:1
Qollar: R.Ximenes, 11 – Saliba, 52.
"İpsviç Taun" – "Bornmut" - 1:2
Qollar: Çaplin, 21 – E.Ünal, 87. Uattara, 90+5.
"Lester" – "Brayton" - 2:2
Qollar: Vardi, 86. De Kordova, 90+1 – Lampti, 37. Minteh, 79.
"Tottenhem" – "Çelsi" - 3:4
Qollar: Solanke, 5. Kuluşevski, 11. Son, 90+6 – Sanço, 17. Palmer, 61; 84. E.Fernandes, 73.