RU

Dünyanın ən uzun avtomobili - İçərisində hovuzu var

Dünyanın ən uzun avtomobili amerikalı dizayner və kolleksiyaçı Cey Orberqin dizayn etdiyi limuzindir.

Ölkə.az Lent.az-a istinadla xəbər verir ki, bu qeyri-adi nəqliyyat vasitəsinin uzunluğu... 30,5 metrdir.

Bu qeyri-standart məhsulun Ginnesin Rekordlar Kitabında qeyd olunması təəccüblü deyil.

Ən uzun avtomobilin xüsusiyyətləri

Maşının 26 təkəri var.

Limuzinin interyeri daha çox hansısa əyləncə mərkəzini xatırladan məkandır.

Dalğıc taxtası olan üzgüçülük hovuzu və televiziya şoularına baxmaq üçün sahə var.

Avtomobil asanlıqla böyük bir ailə üçün "ev" rolunu oynaya bilər: təxminən 10 yataq yeri və bir çox digər şərait var.

Qeyri-adi limuzin 1986-cı ildə yaradılıb. O zaman onun uzunluğu 20 metrdən az olub.

21-ci əsrdə baş verən yenidənqurmadan sonra maşın 30 metr uzunluğa çatıb.

Hazırda rekord qıran avtomobil Amerikanın Orlando şəhərindəki Dezerlend parkda saxlanılır.

Избранный
15
5
olke.az

6Источники