RU

Cənubi Koreyada prezidentin ölkədən çıxışına qadağa qoyuldu

Bakı, TurkicWorld

Cənubi Koreyanın Ədliyyə Nazirliyi Prezident Yun Sok Yolun ölkədən çıxmasına qadağa qoyub.

TurkicWorld xəbər verir ki, bu barədə "Tona İlbo" qəzeti məlumat yayıb.

Bildirilib ki, fəaliyyətdə olan prezidentə qarşı belə bir qadağa ilk dəfə tətbiq olunur.

Daha əvvəl Yüksək Vəzifəli Şəxslərə Qarşı Antikorrupsiya Araşdırmaları İdarəsinin rəhbəri Yun Sok Yol üçün ölkədən çıxış qadağasının tətbiqi ilə bağlı göstəriş verdiyini bildirmişdi.

İdarə Yun Sok Yol barəsində hərbi qiyama hazırlıq və səlahiyyətlərini aşma şübhələri ilə bağlı araşdırma başladıb. Hərbi vəziyyətin tətbiqi və sonrakı ləğvi üzrə Prezidentlə bağlı araşdırmaya, həmçinin, polis və prokurorluq da cəlb olunub.

Xatırladaq ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol dekabrın 3-ü axşam saatlarında ölkədə hərbi vəziyyət rejimi elan edib. Lakin hərbi vəziyyət təxminən altı saat sonra ləğv edilib. Dekabrın 4-də müxalifət prezidentin hərbi vəziyyət elan etməsi üçün əsas olmadığını bildirərək, konstitusiyanı pozduğunu iddia edib və parlamentdə impiçment proseduruna başlamaq təşəbbüsü irəli sürüb.

Избранный
12
1
turkic.world

2Источники