RU

İsrail 1973-cü ildən bəri ilk dəfə Suriyaya daxil olub

 

İsrail quru qüvvələri demilitarizasiya zonasını keçərək 1973-cü ilin oktyabr müharibəsindən sonra ilk dəfə Suriyaya daxil olub. 

Missiya.Az bu barədə “The New York Times” qəzeti adının açıqlanmasını istəməyən iki İsrail rəsmisinə istinadən məlumat yayıb.

Bildirilir ki, İsrail qoşunları Hermon dağında və Suriya ərazisinin digər hissələrində sərhədlərin təhlükəsizliyini təmin etmək üçün zəruri olan strateji əhəmiyyətli mövqeləri tutublar.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ötən günü qoşunlara İsrail və Suriya arasındakı "bufer zonanı" ələ keçirməyi əmr etdiyini açıqlamışdı.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
20
missiya.az

1Источники