Koreya Respublikasının Ədliyyə Nazirliyi prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyub. Yeniavaz.com xəbər verir ki, bu barədə “Tona İlbo” qəzeti məlumat yayıb. Bu qadağa ilk dəfədir ki, vəzifədə olan prezidentə şamil edilir. Digər tərəfdən, Koreya Respublikasının Daxili İşlər Nazirliyi ölkə prezidenti Yun Sok Yolun qiyam işi üzrə dindirilməsi ehtimalını etiraf edib. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl Korrupsiyaya qarşı Mübarizə İdarəsi də Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyulması tələbi ilə bağlı göstəriş verdiyini bildirmişdi.