RU

İsrail Suriyanın bu ərazilərini nəzarətə götürdü - Müdafiə nazirindən AÇIQLAMA

Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra İsrail ordusu əvvəllər sərhəddə yaradılan bufer zonadan kənar ərazilərə daxil olub.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz açıqlayıb. Nazir bildirib ki, ordu gecə saatlarında Suriya ilə bufer zonada əlavə nöqtələri ələ keçirib.

 

“Bu əməliyyatda məqsəd İsraili təhdid edə biləcək ağır strateji silahlardan və terror infrastrukturundan təmiz təhlükəsizlik zonası yaratmaqdır”, - nazir bildirib.

 

Xatırladaq ki, İsrail ordusu Qolan təpələrindən kənarda olan Suriya ərazisinə ilk dəfə 1973-cü ilin oktyabrında daxil olmuşdu. Sonralar İsrail ordusu razılaşmaya uyğun olaraq geri çəkilmişdi. 2024-cü ilin dekabrında, 51 ildən sonra İsrail ordusu yenidən Qolan təpələrindən kənar ərazilərə daxil olmağa məcbur olub.

 

Xarici medianın əldə etdiyi məlumatlara əsasən, ordu Suriyanın Hermon dağının zirvəsini, eləcə də bir sıra digər strateji əhəmiyyətli yerləri nəzarətə götürüb.

 

Vasif

Sfera.az

 

 

Избранный
39
15
sfera.az

10Источники