RU

Türkiyə keçid dövründə Suriyaya dəstək verəcək

Türkiyə Bəşər Əsədin ərəb Respublikasının Prezidenti vəzifəsindən getməsindən sonra keçid dövründə Suriyaya hər cür dəstək verəcək.

Bu barədə hökumətyönlü “Hürriyet” qəzeti məlumat yayıb.

Nəşr Ankaranın Suriya istiqamətində siyasətinin üç prioritet istiqamətini qeyd edir: yeni Suriyanın qurulması, terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qolu – “Xalq Özünümüdafiə Qüvvələri”nə qarşı mübarizə və suriyalı qaçqınların öz vətənlərinə qayıtmasının təmin edilməsi. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə 2,9 milyon suriyalı var.

Türkiyə PPK-nın sərhədlərində mövcudluğuna son qoymaq və sözdə terror dəhlizini bağlamaqda qərarlıdır. “Hürriyet” yazır ki, Ankaranın dəstəklədiyi Suriya Milli Ordusu Suriyanın şimalında Mənbici ələ keçirdikdən sonra PPK-nın qonşu ölkənin Kobani və Qamışlı bölgəsindəki varlığına son qoymaq niyyətindədir. Türkiyə hakimiyyəti bundan əvvəl qonşu ölkə ilə sərhədin 600 kilometrlik hissəsinə nəzarəti təmin etmək və onun ərazisindən gələn terror təhlükələrini minimuma endirmək üçün Suriyanın şimalında 30 kilometr dərinlikdə təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmaq niyyətində olduqlarını bəyan etmişdi.

“Hürriyet” onu da qeyd edir ki, Suriyada Əsəd administrasiyasının devrilməsi ilə nəticələnən hadisələr Ankara üçün gözlənilməz olmayıb. "Milli Kəşfiyyat Təşkilatı və Türkiyə Silahlı Qüvvələri bölgədəki vəziyyəti mütəmadi olaraq izləyib. Noyabrın 27-də Suriya müxalifəti Hələbə hücuma başlayanda Ankara “İldırım” əməliyyatının tez bir zamanda Dəməşqə çatacağını bilirdi. Ona görə də Əsədin devrilməsi o vaxt bütün dünya üçün sürpriz, ancaq Ankara üçün deyildi,”- deyə köşə yazarı Əbdülkadir Selvi yazır.

Almaz Həsənli

Избранный
23
oxumeni.az

1Источники