RU

RABİTƏBANKDAN YENİLİK, TAKSİT FUNKSİYALI KARTMANE KARTI

Rabitəbank, müştərilərinin alış-verişlərini daha rahat idarə etməsi məqsədilə taksit funksiyalı yeni Kartmane kartını təqdim edib. Bu yeni məhsul sərfəli şərtlərlə alış-veriş etməklə yanaşı, yüksək qənaət imkanı təklif edir. 

  • 36 AYADƏK TAKSİT, 3 AYLIQ GÜZƏŞT MÜDDƏTİ

Artıq müxtəlif üstün funksiyalar üçün ayrı-ayrı kartlar əldə etməyə ehtiyac yoxdur. Çünki Kartmane Taksit kartı debet, keşbek, kredit, taksit funksionallıqlarını özündə birləşdirir.

İstər böyük məbləğli alış-verişlərdə, istərsə də, kiçik xərclərin ödənişini rahat şəkildə etmək üçün kart 36 aya qədər taksit imkanı verir. Hər ay müntəzəm olaraq müəyyən məbləğdə ödəniş ilə xərcləri rahatlıqla planlamaq mümkündür. Daha rahat alış-veriş imkanı üçün kart sahibləri 3 aylıq güzəşt müddətindən də faydalana biləcək.

  • 100% NAĞDLAŞDIRMA İMKANI

Kart sahibləri kartdakı məbləği yalnız alış-verişdə deyil, həm də 100% nağdlaşdırma ilə də istifadə edə bilər. Nağdlaşdırılmış məbləği isə 24 aylıq taksitlə rahat ödəmək mümkün olacaq. Bu üstünlük ehtiyac anında maliyyə yükünü azaltmağa və ödəmələri daha planlı şəkildə etməyə kömək edəcək.

  • 14 FƏRQLİ KATEQORİYA ÜZRƏ KEŞBEK

Kartmane Taksit kartı ilə xərclərinizi həm sərfəli, həm qənaətli, həm də bol-bol keşbekli edəcəksiniz. Belə ki, kartdan istifadə zamanı 14 fərqli kateqoriya üzrə 10%-dək keşbek qazanacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
10
10
banco.az

10Источники