Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində digər ödəniş xidməti təchizatçılarının (rezident və qeyri-rezident) emissiya etdiyi ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatlarının sayı və həcmi əks olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Ölkədaxili və ölkəxarici fırıldaqçılıq əməliyyatları aşağıdakı kateqoriyalardan ibarətdir:
– itmiş/oğurlanmış ödəniş kartları (lost or stolen cards) ilə əməliyyatlar;
– hesabın və ya kart məlumatlarının ələ keçirilməsi (account takeover, fraudulent application) ilə əməliyyatlar;
– saxta/surəti çıxarılmış ödəniş kartları (counterfeit cards) ilə əməliyyatlar;
– kart təqdim edilmədən (Card not present) aparılmış əməliyyatlar;
– təsərrüfat subyekti tərəfindən həyata keçirilən (Collusive Merchant & Multiple Imprint) əməliyyatlar;
– digər fırıldaqçılıq əməliyyatları.